“Terror ermənilərin öz şəxsi, qondarma iddialarını həyata keçirmək vasitəsidir. Dünyanın müxtəlif tarixində də ermənilər xüsusi bir yer tutub. Onların terror aktlarını mütəmadi həyata keçirməsi bilavasitə erməni xislətindən, təşkilatlarından qaynaqlanan faktordur. Bu aspektdən də əslində bunun sübuta yetirilməsinə ehtiyac da yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, bu terror təkcə azərbaycanlılara, türklərə, Türkiyə türklərinə və regionda yaşayan xalqlara qarşı deyil, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrinin nüfuzlu diplomatlarına qarşı da həyata keçirilir: “Onlar öz niyyətlərini həyata keçirmək üçün hətta özlərinə müttəfiq hesab etdiyi dövlətin ərazilərinə belə terror aksiyaları planlaşdırıb həyata keçiriblər. Bu sırada Fransanı, Rusiyanı və digər dövlətləri də nümunə gətirmək olar. Çünki erməni terroru böyük bir bəladır və fəlakətdir. Bu gün də Ermənistan dövləti terroru dəstəkləyən bir dövlət kimi fəaliyyət göstərir. Ermənistan təkcə işğalçı bir ölkə deyil eyni zamanda terrora dəstək verən bir dövlətdir”.Yeri gəlmişkən, bu gün Sumqayıt hadisələrinin 30 ili tamam olur. Hadisələr erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
sia.az