Azərbaycanda seçicilərin sayı artıb. SİA-nın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən illə müqayisədən seçicilərin sayı 0.6 faiz, yəni 28792 nəfər artıb.Qeyd edək ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib. 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsini martın 3-dək başa çatdıracaq.
sia.az