PDF Oxu

Siyasət

  • 5 003

Partiya sədri: “Azərbaycan seçiciləri öz iradəsinə uyğun səs verəcəklər” MÜNASİBƏT

Partiya sədri: “Azərbaycan seçiciləri öz iradəsinə uyğun səs verəcəklər” MÜNASİBƏT

“Azərbaycan müstəqilliyi əldə edəndən sonra xüsusilə də son 20 ildə dövlət həyatının bütün sahələrində çox böyük nailiyyətlər əldə edib”. Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, Azərbaycanın demokratiya yolunda, insan haqlarının qorunması sahəsində əldə etdiyi nailiyyətlər göz önündədir: “Bu illər ərzində Azərbaycan artıq demokratik seçki ənənəsi formalaşdırıb. Azərbaycanda keçirilən seçkilər demokratik, azad, ədalətli və şəffaf gedir. Bunu beynəlxalq təşkilatlar da, Azərbaycandakı siyasi qüvvələr də etiraf edirlər və s. Yəni bu, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Hesab edirəm ki, bu bizim Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi çoxsaylı xidmətlərdən biridir. Çünki biz demokratik hüquqi dövlət qurmağı qarşımıza məqsəd qoymuşdur və bunu da etdik. Bildiyiniz kimi Azərbaycan hələ ötən əsrin əvvəllərində demokratik Cümhuriyyət qurmuşdur. Amma onda hələ demokratik Cümhuriyyət bir dövlət kimi təşəkkül tapa bilmədi və işğal olundu.Bu gün isə sözün həqiqi mənasında demokratik hüquqi dövlət qurmuşuq. Demokratik seçki ənənəsinin formalaşdırılması bizi irəli aparan, nüfuz qazandıran və dünya dövlətləri sırasında nüfuzlu yer tutmağımıza ən ciddi kömək edən göstəricilərdən biri olmuşdur. Düşünürəm ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri də əvvəlki seçkilərdə olduğu kimi azad, ədalətli və demokratik keçiriləcək. Azərbaycan seçiciləri öz iradəsinə uyğun səs verəcəklər və yenidən öz istəkləri ilə hakimiyyəti formalaşdıracaqlar. Əvvəlki illərdə olduğu kimi bu ildə də heç bir problem olmayacaq”.

sia.az

Digər xəbərlər