“Seçki mühitini ilk növbədə, müvafiq qanunlar, vətəndaşların fəallığı və siyasi iradə müəyyən edir”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.Onun sözlərinə görə, Vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən bir çox önəmli QHT-ləri özündə birləşdirən bir platformanın təmsilçisi olaraq, əlbəttə, bizim üçün ilk növbədə, Azərbaycanda məhz vətəndaş cəmiyyəti quruculuğu prosesi, bu prosesin mərhələləri, indiyədək əldə edilmiş nəticələr, bugün və gələcəyə baxış daha çox diqqət tələb edən çalışma sahəsidir. Məsələn, seçici siyahılarının dəqiqləşdirilməsi, seçicilərin maarifləndirilməsi, ilk dəfə səsverənlərlə iş, seçki prosesinə, o cümlədən seçkiöncəsi dövrə İKT-nin tətbiqi imkan və gerçəkliyi, namizdələrin imzatoplaması və təbliğatı kimi məsələlər vətəndaş cəmiyyəti qurucularının diqqətində olan məsələlərdir.Bütün bu və bənzəri proseslərdə də, məhz hüququn aliliyi bütün maraqlı tərəflərin ortaq faydası və ortaq dəyərdir. Bu anlamda, namizədliyi irəli sürülmüş yaxud öz namizədliyini vermiş hansısa vətəndaşımızın xüsusi bir problemlə rastlaşdığına dair məlumatla rastlaş-madığımı qeyd etmək istərdim. Əgər prezidentliyə 10-dan artıq iddiaçı varsa və onlar öz iddialarını MSK-ya müraciətlə rəsmiləşdiriblərsə, artıq bu fakt özlüyündə çox şey deyir.Bilirsiz, normal seçki mühiti bir günlə, beş günlə gerçəkləşən hadisə deyil. Mövcud mühit illərlə aparılmış iş, beynəlxalq təcrübənin öyrənilməsi, vətəndaş cəmiyyəti institutlarının rəylərinin, təkliflərinin də qiymətləndirilməsinin və əlbəttə, bir daha deyək, siyasi iradənin məhsuludur.Biz ötəri siyasi küləklərin deyil, qalıcı iqlimimizin fərqində olmalıyıq. Azərbaycanın yerləşdiyi geopolitik durumu, müstəqilliyimizin necə çətinliklər, itkilər bahasına əldə edildiyini, qorunduğunu, habelə ərazimizin önəmli hissəsinin hələ də işğal altında olmasını unutmamalıyıq. Bax, bütün bu hallar və gerçəklilər seçkiöncəsi durumu qiymətləndirməkçün də, seçkilər günü də, seçkidən sonra da biganə qalmamalı olduğumuz məqamdır”.
sia.az