Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “ 700 min ağac əkək “ kampaniyası çərçivəsində yeni salınacaq parkda 400-dən çox zeytun və şam ağacı əkmişdir. Aksiyada YAP Pirallahı rayon təşkilatının fəalları, ərazi ilk partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi , biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilir. Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulmuşdur.
yap.org.az