Qlobal Bakı Forumu dünya üçün vacib əhəmiyyət kəsb edir və mühüm məsələlərin müzakirəsi, müxtəlif həll yollarının tapılması üçün səmərəli platformaya çevrilib.
Bunu Trend-ə Serbiyanın sabiq Prezidenti Boris Tadiç deyib.
B.Tadic indiyə qədər keçirilən forumlarda iştirak etdiyini diqqətə çatdırıb: “Bu forumun əhəmiyyətini nəzərə alaraq hər dəfə burada iştirak etmək üçün Bakıya gəlirəm”.
Sabiq prezident vurğulayıb ki, bu forum səmərəli müzakirələrin aparılmasına imkan yaratmaqla yanaşı, Azərbaycanın dünyada nüfuzunu və rolunu artırır.
O qeyd edib ki, Azərbaycan bütün mədəniyyətlərə və müxtəlifliyə hörmətlə yanaşır: “Azərbaycan bu istiqamətdə dünyaya mühüm töhfələr verir və bu səbəbdən ölkənin beynəlxalq nüfuzu artır. Bu forumda təmsil olunduğum üçün çox məmnunam”.
yap.org.az