Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüşlər Qaradağ rayonunun Ümid və Lökbatan qəsəbələrinin seçiciləri ilə keçirilib. Görüşlərdə çıxış edən rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın namizədi cənab İlham Əliyevin misilsiz xidmətləri barədə geniş məlumat verib. Millət vəkili deyib ki, Azərbaycanın son 15 ildə əzəmətli inkişafı Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Onun sözlərinə görə, cənab İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb.Çıxış edən seçicilərdən İsmayıl Ağayev, Əli Qarayev, İsif Şahsuvarov deyiblər ki, onlar artıq öz seçimlərini ediblər və 11 apreldə səsvermə məntəqələrinə gedib cənab İlham Əliyevə səs verərək bu seçimlərini rəsmiləşdirəcəklər.
yap.org.az