11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin seçki öncəsi təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Ağstafa rayonunun Poylu qəsəbəsində və Qıraq Kəsəmən kəndində seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin üzvü Firdovsi Heydərli giriş sözü ilə açaraq İlham Əliyevin rəhbərlikdə olduğu 15 il ərzində gördüyü işlərdən danışıb və aprelin 11-də seçiciləri fəal şəkildə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.Sonra qərargahın digər üzvü Feruz Həsənov çıxış edərək ölkədə quruculuq-abadlıq işlərindən, enerji layihələrindən, regionların sürətli inkişafından söz açaraq, Azərbaycanın daha işıqlı gələcəyi naminə İlham Əliyev cənablarının dəstəklənməsini ölkənin inkişaf və tərəqqisinə verilən səs olduğunu qeyd edib.Sakinlərdən Poylu qəsəbə tam orta məktəbin direktoru Sədaqət Rzaquliyeva, YAP Poylu qəsəbə ərazi ilk partiya təşkilatının sədri Tahir İbrahimov ağsaqqal Lətif Nağıyev, Qıraq Kəsəmən kənd tam orta məktəbin direktoru Oruc Hüseynov, Qarabağ müharibəsi veteranı Ələddin Qarayev, kitabxana müdiri Kifayət Allahverdiyeva və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə sevə-sevə səs verəcəklərini bildirdilər.
sia.az