PDF Oxu

Siyasət

  • 8 040

Tərtərlilər İlham Əliyevə “HƏ” deyirlər

Tərtərlilər İlham Əliyevə “HƏ” deyirlər

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda keçirilən tədbirlər uğurla davam etdirilir.Növbəti tədbirlərdən biri martın 28-də rayonun Sarıcalı, Zolgörən kəndlərində mitinq-görüş xarakterində keçirilib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində Sarıcalı, Zolgörən kəndlərində keçirilən tədbiri YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, Seydimli kəndində keçirilən tədbiri isə YAP rayon təşkilatının sədri Ramiz Şabanov giriş sözü ilə açıblar.Görüşlərdə qeyd olunub ki, son illərdə Azərbaycan vətəndaşının sosial qayğıları, sağlamlığı və təhlükəsizliyin təmin olunduğu strateji xətdə uyğun olaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar bilavasitə Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi nəticəsində əldə olunub.Tədbirlərdə Sarıcalı kənd sakinlərindən Ramiz Şirinov, Kamran Babayev, YAP seçki qərargahı yanında fəaliyyət göstərən təbliğat-təşviqat qrupnun üzvü, Çinmaz Nuriyeva, Zolgörən kənd sakinlərindən, Səttar Muradov, Ədibə Mustafayeva, Seydimli kənd sakinləri, Sayəddin Musayev, Hicran Hüseynova, Mənsumə Musayeva, Sürəyya Hüseynova və təbliğat-təşviqat qrupunun üzvü Rasim Əliyev çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd ediblər və 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildirdilər.

sia.az

Digər xəbərlər