Martın 28-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi Qaradağlı kəndində rayon seçiciləri ilə mitinq keçirib. Mintinqdə Qaradağlı kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak ediblər.Mintinqi giriş sözü ilə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki, bu gün olkəmizdə vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün lazımı tədbirlər həyata kecirilir. “Prezident İlham Əliyev Azərbaycan onun tərəqqisi, inkişafı uğrunda yorulmadan mübarizə aparır” bildirən natiq aprelin 11-də rayon seçicilərini fəal şəkildə məntəqələrə gələrək, Cənab İlham Əliyevə səs verməyə çağırıb.Təbliğat qrupunun üzvü Rahib Rəsulov və YAP Ucar rayon təşkilatı gənclər birliyinin sədr müavini Nuru Piriyev çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident Cənab İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirib: “Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Bu siyasətin davamı üçün bizlər birmənalı olaraq İlham Əliyev cənablarının siyasətini dəstəkləyir və bütün ucarlıları da bu kimi faktorları dəstəkləməyi çağırırıq”.Seçicilər adından Əlikram İsayev, Səltənət Hümmətova və şəhid atası Aslan Məmmədov çıxış edərək Cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar və seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.
sia.az