11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat – təşviqat kampaniyası çərçivəsində 842 nəfərdən yuxarı seçicisi olan Şəki rayonu Bideyiz kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin xalq və dövlət üçün gördüyü xeyirli işlərdən, Azərbaycanın beynəllxalq aləmdə artan nufuzundan, iqtisadi inkişafdan danışıb. Seçiciləri əldə olunan uğurların davam etdirilməsi üçün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Nuralı Çələbiyev, Sərdar Şərifov və Qabil Qədimov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətlərdən danışıb, bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.Tədbirdə çıxış edən Bideyz kənd sakinləri Xasıyev Əziz, Məhyəddinova Nazənin, Səmədov Aaftıxaliq və Kərimli Sahib kənd sakinlərinin artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
sia.az