11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi rayonun Baş Daşağıl, Muxas kəndlərində seçicilərlə görüşlər keçirib.Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə dövlət siyasətinin həyata keçirildiyini bildirərək, dövrün tələblərinə uyğun sistemli islahatların aparıldığını diqqətə çatdırıb: "İctimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyinin və sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib. Rayon şöbəsinin sədri çıxışında 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Vətənini və dövlətini sevən hər bir vətəndaşın Cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirib.Görüşdə təbliğat-təşviqat qrupunun üzvlərindən Rəşid Nurməmmədov, Ramiz Mahmudov, Elman Qocayev və başqaları çıxış edərək, səsvermə hüququ olan hər bir rayon sakinin fəallıq nümayiş etdirməsinin vacibliyindən danışıblar. Natiqlər əmin olduqlarını bildiriblər ki, oğuzlu seçicilər bu seçkilərdə də, birmənalı tərzdə partiyanın namizədi Cənab İlham Əliyevi dəstəkləyəcəklər.Seçicilər adından çıxış edən Emin Cəfərov, Rəhim Abdurəfiyev və başqaları bəyan ediblər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının siyasi dəst-xəttini dəstəkləyiblər və bu gün də bu, belədir. Odur ki, aprel ayının 11-də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
sia.az