PDF Oxu

Siyasət

  • 3 418

Azərbaycanda keçiriləcək prezident seçkilərini Belarus MSK-nın üzvləri də müşahidə edəcəklər

Azərbaycanda keçiriləcək prezident seçkilərini Belarus MSK-nın üzvləri də müşahidə edəcəklər

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri də müşahidə edəcəklər. Bu barədə Belarus MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Belarus MSK-nın seçki müşahidəçi qrupuna İqor Plışevskiy və Aleksandr Losyakin daxildir. Qrup aprelin 10-dan Azərbaycanda səfərdə olacaq.
Belarus parlamentinin nümayəndələri isə MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcəklər.

yap.org.az

Digər xəbərlər