Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir.
30 mart 2018-ci il tarixdə rayon təşkilatının təbliğat qrupunun üzvlərinin rayonun Günəhir,Bəliton və Türkəncil kəndlərində yaşayan seçicilər ilə görüşü oldu.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev qeyd etdi ki, yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya la¬yi¬hə¬lərinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasın¬da fərq¬lərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin real¬laş¬ması son 15 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dün¬ya¬ya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan mo¬delinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sü¬rətlə genişlənməsi, Azərbay¬can¬da sənayeləşmə prosesinin davam etməsi, iqti¬sa¬di zonaların yaradılması ölkənin inki¬şafını daha da sürət¬lən¬dirir.
Azərbaycan xalqının hazırda kifayət qədər populyar, işgüzar, praqmatik, to¬lerant bir lideri – İlham Əliyev var və ölkəmizin ikinci liderə qətiyyən ehtiyacı yoxdur. Bu liderə qarşı çıxmaq istəyən partiya və siyasi qüvvələrin nəsibi bir¬mə¬nalı şəkildə məğlubiyyət olacaq. O qüvvələrin yalnız “inqilabi” təcrübə top¬la¬maq məqsədi ilə kiçik qruplar halında toplaşıb siyasi imitasiyaya gücləri çatar.
YAP-ın liderini - Prezidentimizi butun Azər¬baycan xalqı sevir və ona inanır, güvənir. Hamını bir nəfər kimi pre¬zi¬den¬timizi dəstəkləməyə və ona olan sevgi və məhəbbətimizı aprelin 11-də təsdiq¬lə¬mə¬yə dəvət edirəm!
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvlərindən Sərhad Məmmədov,Kamran Kazımov, kənd sakinlərindən Hacıhəsən Seyfullayev və Tofiq Fərəcov çıxış edərək seçiciləri 11 Aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın vahid namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.
yap.org.az