PDF Oxu

Siyasət

  • 3 280

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Qazax şöbəsi gənc seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Qazax şöbəsi gənc seçicilərlə görüş keçirib

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar mart ayının 31-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Qazax şöbəsinin üzvləri Qazax şəhərində gənc seçicilərlə görüş keçirmişlər.

500 nəfər gəncin iştirak etdiyi görüşü YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açmış və onun təklifi ilə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Sonra H.Pənahov Prezident seçkilərinə hazırlıqdan bəhs etmiş, rayonda təbliğat-təşviqat kampaniyasını uğurla davam etdiyini gənclərin nəzərinə çatdırmışdır. Prezidentliyə namizəd İlham Əliyyev cənablarının Prezidentliyi dövründə ölkəmizin qazandığı uğurlardan, əhalinin sosial durumunun yaxşılaşdırılmasından, yeni iş yerlərinin açılmasından, bunun timsalında Qazax rayonunda görülmüş işlərdən ətraflı danışaraq 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək Azərbaycan xalqının gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırmışdır.
YAP Mərkəzi Seçki Qərərgahının üzvlərindən “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan Milli Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov, Seçki Qərərgahının Qazax rayon şöbəsinin təbliğat qrupunun üzvü şair Barat Əliyev çıxış etdilər. Görüşdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 15 il ərzində gördüyü işlərdən, seçki proqramından ətraflı danışdılar. Çıxış edən gənc seçicilər yekdilliklə 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdilər.

yap.org.az

Digər xəbərlər