PDF Oxu

Siyasət

  • 4 865

Qazax rayonunun Daş Salahlı kəndində seçicilərlə görüş keçirilib

Qazax rayonunun Daş Salahlı kəndində seçicilərlə görüş keçirilib

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar mart ayının 31-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının üzvləri Qazax rayonun ən böyük kəndi olan Daş Salahlı kəndində seçicilərlə görüş keçirmişlər. Görüşdə 400 nəfər seçici iştirak etmişdir.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdiyini seçicilərin nəzərinə çatdırmış, İlham Əliyevin ölkə Prezidenti olduğu dövrdə qazanılmış uğurlardan, yeni iş yerlərinin açılmasından, xalqımızın sosial iqtisadi durumunun yaxşılaşdırılmasından, bunun timsalında Daş Salahlı kəndində 3 böyük sənaye müəssisəsinin yaradılmasından, uğaq bağçasının tikintisindən, digər əsaslı işlərin görülməsindən , eləcə də Qazax rayonunda görülmüş çoxsaylı işlərdən ətraflı danışmışlar.
Görüşdə YAP Mərkəzi Seçki Qərərgahının üzvlərindən “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov, YAP Mərkəzi Seçki Qərərgahı Qazax rayon şöbəsinin təbliğat qrupunun üzvü Barat Əliyev seçicilər qarşısında çıxış etdilər və onları 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək xoşbəxt gələcəyimiz naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarına səs verməyə çağırdılar. Görüşdə çıxış edən seçicilər yekdilliklə 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan etdilər.

yap.org.az

Digər xəbərlər