PDF Oxu

Siyasət

  • 5 062

Sabirabadlılar Ulu Öndərin layiqli davamçısına səs verəcəklər

image

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsi rayonun Qaralar kəndində Qaralar, Əsədli, Məmişlər, Qəfərli kənd seçiciləri ilə növbəti görüş keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə görüşü YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva açaraq, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı uğurlardan danışıb.O bildirib ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə az bir müddət qalıb. O, seçiciləri Ulu Öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov çıxış edərək bildirib ki, Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda son 15 ildə respublika üzrə təxminən 1,9 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında «yüksək insan inkişafı» ölkələri qrupunda yer alıb. Son 15 ildə ÜDM 3,2 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi isə 7205 manat təşkil edir. Bu, olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.Görüşdə çıxış edən milli məclisin deputatları Elçin Quliyev, Rüstəm Xəlilov və başqaları Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin, Sabirabad rayonunda görülən abadlıq-quruculuq işlərindən danışıblar. İnsanların həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edən seçicilər bildirdilər ki, hamılıqla 11 aprel tarixində keçiriləcək seçkilərdə İlham Əliyevi dəstəkləyəcəklər.Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Kovlar kəndində Kovlar, Yenikənd, Qəzli, Quruzma, Qaraqaşlı kənd seçicilərilə keçirib. Bu gün günün ikinci yarısında təşkil olunan 2-ci görüşdə seçicilərlə qarşısında çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması və inkişaf etdirilməsi, əhalinin yaşayış səviyyəsinin ilbəil yaxşılaşması, bütün bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasına xüsusi önəm verilməsi məsələlərini konkret faktlarla seçicilərin diqqətinə çatdırıb və bütün seçiciləri aprelin 11-də cənab İlham Əliyevə səs verməyə çağırıb.Milli Məclisin deputatı Eıçin Quliyev çıxış edərək dedi ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib: "Ölkə başçısı Cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində, bütün Azərbaycanda olduğu kimi, Sabirabad rayonunda da böyük işlər görülüb. Şübhəsiz ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına və tərəqqisinə yönəlmişdir”.Millət vəkili Rüstəm Xəlilov qeyd etdi ki, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret dövlət proqramları həyata keçirilir. Dövlət proqramlarının bugünkü uğurlu nəticələri, bir daha sübut edir ki, məqsədyönlü şəkildə reallaşdırılan effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbii ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov çıxışında dedi ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik dayanır.Bildirilib ki, bu gün hər birimiz Azərbaycan naminə, Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə gedərək, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək, "İlhamla irəli" addımlamalıyıq. Rayon seçki qəragahının üzvü Böyükağa Həmidov, Telman Qurbanov, Nurlana Xəlilova, kənd sakinləri Vaqif Ağayev, Ələmdar İbrəhimov cıxış edərək 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından, həyata keçirilən islahatlardan danışaraq, seçiciləri prezident seçkilərində alternativsiz namizəd olan cənab İlham Əliyevə səs verməyə çağırıb.

sia.az

Digər xəbərlər