“Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində xalq öz dəstəyini bir daha cənab İlham Əliyevə bildirəcək və seçkilərdə aktiv iştirak edəcək. Beləcə, cənab İlham Əliyev yenidən prezident seçiləcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, xalqımız bir daha da dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında uğurlar qazanacaq: “Bundan sonra isə anti-milli ünsürlərin səsləri batacaq və deməyə heç bir sözləri qalmayacaq. Atalar məsəlidir, "bildirçinin bəyliyi darı sovrulana qədərdir". Azərbaycan demokratik bir ölkədir və demokratik qaydalarla da seçkilər keçirilir. Əgər kiminsə ürəyinin ucunda tərəfdar varsa, güc bilirsə gəlib seçkilərdə iştirak edə bilər və öz gücünü nümayiş etdirə bilər. Yəni demokratik düşərgədə partiyanın, hər hansı bir şəxsin gücü onun seçkilərdə qazandığı nəticə ilə ölçülür.Əgər bunlar qorxularından dəstək toplaya bilməyəcəyini bilərəkdən seçkilərə qoşulmurlarsa və gedib o kənardan hürən “tulalar” kimi cəmiyyətə, ölkə rəhbərliyinə, deputatlara müxtəlif söyüşlər, təhqirlər yağdırırlarsa təbii ki, bu birinci növbədə onların xislətindən xəbər verir. Onlar çirkabın içərisindədirlər. Azərbaycan dövlətinə, xalqına heç vaxt çirkab bulaşmayıb və bulaşmayacaq da. Hesab edirəm ki, 11 aprel seçkilərindən sonra əgər onlar bu cür anti-milli, anti-dövlət fəaliyyətlərini davam etdirirlərsə, Azərbaycan xalqının, dövlətinin də kifayət qədər gücü var ki, onları intizama və məsuliyyətə cəlb etsin. Təbii ki, bizim qanunlarımız da buna imkan verir”.
sia.az