“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər bir çox istiqamətləri özündə ehtiva etdi. Amma onların içərisində ən çox diqqət çəkən məqamlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.Millət vəkilinin sözlərinə görə, cənab Prezident hər zaman öz siyasətində bu mövzunu prioritet mövzu kimi önə çıxarıb: “Onun xırdalıqlarını, təfsilatlarını xalqa, cəmiyyətə çatdırmağa çalışıb. Biz ötən gün də həmin o müşahidələri, təsviri gördük. Ölkə başçısı həqiqətən də bu neçə ilə ərzində Ermənistanı ifşa edəcək hər bir şeyi edib. Biz bunun həm diplomatik qaydada, həm də hərbi yolla (aprel döyüşlərində) şahidi olduq. Bu gün həqiqətən artıq beynəlxalq hüquqla bağlı bütün istiqamətlərdə böyük işlər görülüb. Cənab Prezidentin də söylədiyi kimi görülən işlərin ən öndə gedənlərindən biri də məhz Ermənistanın de-fakto həmin o beynəlxalq hüquqdan, camiədən təcrid olunmasıdır. Ölkə başçısı bir çox çıxışlarında qeyd etmişdi ki, biz Dağlıq Qarabağ məsələsində bir addım belə geri çəkilə bilmərik. Mən cənab Prezidentə təşəkkür edirəm ki, Dağlıq Qarabağ məsələsində bu qədər prinsipialdır və Azərbaycanın milli maraqlarını bu qədər qoruyur”.
sia.az