Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. SİA-nın məlumatına görə, səhər saatlarından başlayaraq seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur.Əməkdaşımız 14 saylı Xəzər seçki Dairəsinin 20 saylı seçki məntəqəsində olub. Məntəqə sədri Rəhilə Baxşıyeva bildirib ki, saat 08:40-dək 120 seçici səs verib. Onlardan 60 faizini qadınlar 40 faizini kişilər təşkil edir.Məntəqədə Yeni Azərbaycan Partiyası, BAXCP, MMP, Siyasi Partiyalar Qrupu, öz təşəbbüsü əsasında və Zahid Orucun müşahidəçiləri səsverməni izləyirlər.
sia.az