Azərbaycanda Prezident seçkilərinin saat 10:00-a olan nəticələri məlum olub. SİA-nın verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzindən verilən xəbərə görə, saat 10:00-a olan məlumatda qeyd olunur ki, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi - 994 196 seçici səs verib.Respublika üzrə seçicilərin sayı - 5 314 365 nəfərdir.Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
sia.az