Xəbər verdiyimiz kimi, ölkəmizdə keçirilən Prezident seçkiləri uğurla davam edir. 14 saylı Xəzər Seçki Dairəsinin Dairə Seçki Komissiyasının sədri İmran Qəmbərov SİA-ya açıqlamasında bildirib ki, dairə üzrə daimi 36 məntəqə fəaliyyət göstərir: “Ümumi seçici sayı 51117 nəfərdir. Saat 10:00 olan məlumata görə, 9077 nəfər səsvermə hüququndan istifadə edib. Bu da dairə üzrə ümumi seçici sayının 17,7 faizini təşkil edir. Səsvermə prosesi uğurla davam edir".
sia.az