"Mən Azərbaycanda parlament seçkilərini və referendumu müşahidə etmişəm, təəssüratlarım müsbət olub". Bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9 saylı məntəqəsində seçki prosesini müşahidə edən Sekulg Predrak deyib.Onun sözlərinə görə, 11 aprel prezident seçkiləri ilə bağlı bir neçə seçki məntəqəsində olub və seçki prosesini yaxından müşahidə edib: "Hər şey normal və insanların iradəsi əsasında keçirilir. Hər hansı bir çatışmazlığ və ya problemlə qarşılaşmamışam. Gəldiyim qənaət odur ki, seçkilər demokratik şəkildə keçirilir".
sia.az