PDF Oxu

Siyasət

  • 3 934

MDHP-nın nümayəndəsi: "Seçkilər yaxşı keçmir, demək haqsızlıq olar"

MDHP-nın nümayəndəsi: "Seçkilər yaxşı keçmir, demək haqsızlıq olar"

"Məntəqədə seçki prosesini yaxından izləyirəm. Hər şey qanunvericiliyin tələblərinə uyğun gedir. İnsanlar sərbəst şəkildə məntəqələrə gələrək səs verirlər". Bunu SİA-ya açıqlamasında 15 saylı Qaradağ seçki dairəsinin 16 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDHP-dən olan müşahidəçi Təranə Camalova deyib.Onun sözlərinə görə, "seçkilər yaxşı keçmir" demək haqsızlıq olar: "İnsanlar kütləvi şəkildə məntəqələrə gəlib səs verirlər. Bu çox yaxşı haldır. Aparılan seçki təbliğatı öz müsbət nəticəsini verir. Prezident seçilən şəxsi təbrik edəcəyik. Ona vətənimizin inkişafı, xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlar arzalayacam".

sia.az

Digər xəbərlər