PDF Oxu

Siyasət

  • 5 025

Quba və Qusarda seçici fəallığı müşahidə olunur

Quba və Qusarda seçici fəallığı müşahidə olunur

Şimal bölgəsi üzrə 53 saylı Quba-Qusar Seçki Dairəsində 76 seçki məntəqəsi var, 48450 seçici, 10 seçki məntəqəsində veb kamera quraşdırılıb. Bu barədə məlumatı SİA-nın Şimal bürosunun əməkdaşına Seçki dairəsindən veriblər.Qeyd edilib ki, həmçinin 52 saylı Quba Seçki Dairəsi üzrə 46810 nəfər seçici var. Bunlardan 649 nəfəri ilk dəfə səs verənlərdir. Burada 10 veb kamera quraşdırılıb, 72 seçki məntəqəsi var. Seçkiləri 798 yerli müşahidəçi qeydiyyatdan keçərək müşahidə edir.Quba 53 saylı Quba-Qusar Seçki Dairəsinin sədri Rahim Qarayev əməkdaşımıza açıqlamasında bildirib ki, 20880 nəfər səsvermədə iştirak edib, seçici fəallığı müşahidə edilir.52 saylı Quba Seçki Dairəsindən verilən məlumata görə, səsvermədə iştirak edənlərin sayı 20537 nəfər olub. Qayda pozuntusu müşahidə olunmayıb.

sia.az

Digər xəbərlər