PDF Oxu

Siyasət

  • 4 597

"Ermənistanda prezident də istefa verə bilər"

"Ermənistanda prezident də istefa verə bilər"


“Ermənistanda hakimiyyət dəyişikliyi bundan sonra da davam edəcək. “Qarabağ klan”ı hakimiyyətdən devriləcək”. Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.Politoloqun sözlərinə görə, hakimiyyəti Ter Petrasyan tərəfdarları ələ keçirəcək ki, bu da nəticə etibarı ilə Dağlıq Qarabağ probleminin dinc yolla həllində mühüm irəliləyişlərə gətirib çıxaracaq”.Rusiyanın Ermənistanda baş verənlərə qarışmadığını deyən R.Məmmədov söyləyib ki, belə olan halda, düşmən ölkədə hakimiyyətin dəyişdirilməsi daha rel görsənməkdədir: “Bildiyiniz kimi Koçaryan “Qarabağ klanı”nın rəhbəri olduğu üçün parlamentin əksəriyyəti də onlardan ibarət idi. Əgər hazırda onların təmizlənməsi prosesi davam etsə, o zaman Ermənistanda real Erməni hakimiyyəti fəaliyyətə başlayacaq”.Politoloq qeyd edib ki, düşmən ölkədə etiraz hərəkatının lideri Paşinyanın baş nazir seçilməsi gözləniləndir: “ Ermənistanda hətta prezidentin də istefa verməsi və yenidən seçkilərin keçirilməsi prosesi də baş verə bilər”.Keçmiş prezident-baş nazir Serj Sarkisyanın baş verən hadisələrə cavab verəcəyini dilə gətirən R. Məmmədov vurğulayıb ki, Sarkisyana qarşı cinayət işləri açılacaq.

sia.az

Digər xəbərlər