PDF Oxu

Siyasət

  • 3 988

Deputat: "AŞPA-nın "hesabatı"nda qeyd olunanlar böhtandır"

Deputat: "AŞPA-nın "hesabatı"nda qeyd olunanlar böhtandır"

“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) “korrupsiya hesabatı” Azərbaycan əleyhinə olan bəzi daxili və xarici qüvvələrin çirkin kampaniyasının göstəricisidir. Təəssüf olsun ki, xaricdəki anti-Azərbaycan mərkəzlər bu işdə xaricdə yaşayan bəzi azərbaycanlılardan istifadə edirlər. Hesabatda qeyd olunanların hamısı Azərbaycana atılan böhtanlardır, heç bir əsası yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Fikirlərini Azərbaycana qarşı çirkin kampaniyada iştirak edən azərbaycanlılara yönəldən deputat bildirib ki, ölkə daxilində siyasi mübarizə üçün şərait var: “Hər hansı təşkilat, şəxs ölkə daxilində Konstitusiya çərçivəsində hakimiyyət uğrunda mübarizə apara bilər. Bu, normal haldır. Təyyarənin pillələri ayrıldıqdan, sərhədi keçdikdən sonra xaricdə ölkə, dövlət, dövlət adamları əleyhinə danışmazlar”.M.Qasımlı qeyd edib ki, belə hərəkətlər təkcə, milli mənəvi kasadlıqla deyil, eyni zamanda bəlli mərkəzlərin hazırladığı ssenari əsasında aparılır: “Bu cür kampaniyaların heç bir əsası olmayacaq”.

sia.az

Digər xəbərlər