PDF Oxu

Siyasət

  • 6 436

Siyavuş Novruzovdan "istiqlalçı deputatlar" məsələsinə münasibət

Siyavuş Novruzovdan "istiqlalçı deputatlar" məsələsinə münasibət

Milli Məclisin deputatı Siyavuş Novruzov mətbuatda "istiqalalçı deputatlar"la bağlı səslənən fikirlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, Milli Məclisin plenar iclasında çıxış edən deputat parlamentin də buna reaksiya verməsini təklif edib.S.Novruzov qeyd edib ki, o dövrdə parlamentin 350 üzvü olub və onların hamısı Azərbaycanın müstəqilliyinin elan olunmasına səs veriblər: ”Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin. İndi kim hansı partiyanın üzvüdür özü bilər. Amma hər halda bu məsələyə son qoyulmalıdır. Burada insanları bir-birindən ayrımaq olmaz. Məgər o vaxt kommunist olanların ürəyindən Azərbaycanın müstəqil olması keçmirdi? Bu baxımdan, Oqtay müəllim, xahiş edirəm tapşırıq verin Milli Məclisdə o siyahını elan etsinlər və məsələyə birdəfəlik son qoyulsun ”.

sia.az

Digər xəbərlər