PDF Oxu

Siyasət

  • 8 240

Bahar Muradova: “Parlamentin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilir"

Bahar Muradova: “Parlamentin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilir"

“Cənab prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi tapşırılıb”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib.O bildirib ki, Azərbaycan Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə hazır olmalıdır: “Məlumat üçün bildirim ki, Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq hazırlıq işlərinə başlayıb. Həmçinin bildirim ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi ilə bağlı da yubiley medalının təsis edilməsi istiqamətində də iş gedir”.

sia.az

Digər xəbərlər