PDF Oxu

Siyasət

  • 4 923

Deputat: "Qarabağla bağlı Milli Məclisin xüsusi iclası keçirilsin"

Deputat: "Qarabağla bağlı Milli Məclisin xüsusi iclası keçirilsin"

“Bu gün Ermənistanda gərgin siyasi vəziyyət mövcuddur. Hesab edirəm ki, orada siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.Deputat düşünür ki, Azərbaycan ordusu və dövləti hazır olmalı, belə bir halda cəsarətli qərar qəbul edib torpaqlarımız işğaldan azad etməldir.Q.Həsənquliyev Ermənistanda baş verən hadisələrlə əlaqədar Mİlli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib.Buna cavab olaraq Milli Məclisin Spikeri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan ordusu və dövləti istənilən təbliğatın qarşısını almağa hazır vəziyyətdədir. Bununla bağlı heç bir narazıçılıq yoxdur.

sia.az

Digər xəbərlər