“Ümumiyyətlə Ermənistanda baş nazir seçimi çətin olacaq. Çünki seçkidə Nikol Paşinyanın lazımi səs toplaması kifayət qədər real görünmür. Bundan əvvəl Respublika Partiyasının lideri olan Serj Sarkisyan bildirmişdi ki, onun partiyası səsvermədə iştirak etməyə də bilər və beləcə parlamentin işini boykot edə bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.“Əgər o boykot taktikasını tutacaqsa, o zaman Paşinyanın baş nazir seçilməsi bu gün baş tutmayacaq. Əgər bu gün baş tutmayacaqsa, sonrakı günlər də cəmiyyətdə ciddi qarşıdurmalar yarana bilər. Beləcə küçədə olan nümayişçilərin təzyiqi arta bilər. Bir sözlə Ermənistanda hadisələr gərginləşə bilər. Əgər seçkilər baş tutacaqsa və Paşinyan baş nazir seçiləcəksə o zaman Ermənistanı baş bir hadisələr gözləyir. Paşinyan təcrübəli adam deyil. Bütövlükdə həm MDB məkanında, həm də yaşadığı regionda ictimai-siyasi münasibətləri idarə etmək bacarığı yetərincə olmayacaq. Ona görə də Ermənistan bir çox çətinliklər çəkəcək”-deyə, politoloq fikrini tamamlayıb.
sia.az