“Ötən illərin təcrübəsinə əsaslansaq, Avropa Şurasının son addımları gözlənilən idi. Sanki bir ənənədir: Azərbaycan bir uğura imza atan kimi, yaxud, Ermənistanın bir rəzilliyi ortaya çıxan kimi, bəzi dırnaqarası beynəlxalq təşkilatlar Azərbaycana qarşı hücuma keçir, ictimai diqqəti Azərbaycanın uğurundan, Ermənistanın rəzalətindən yayındırmağa çalışırlar”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, təəssüf ki, bu siyasət indi bəzi beynəlxalq dövlətlərarası təşkilatlara da sirayət edib: “Erməni lobbisi və onların təsir dairəsində olan təşkilatlar öz çirkin məqsədlərinə çatmaq üçün bəzən beynəlxalq dövlətlərarası təşkilatlardan da istifadə edirlər. Nikol Paşinyan hərəkatı Ermənistanın son 10 ildə formalaşdırılmış süni imicini darmadağın etdi. Məlum oldu ki, bu ölkə əhalisi aclıqdan, səfalətdən, işsizlikdən əziyyət çəkir, ölkədən baş götürüb qaçırlar. Bunlar meydanlardan, açıq trubunalardan ermənilərin özləri tərəfindən etiraf edildi. Bütün dünya həm də gördü ki, Ermənistanda hakimiyyəti dinc yolla dəyişmək imkansızdır, azad seçki mühiti yoxdur. Xalq məcburiyyət qarşısında hakimiyyəti zor gücü ilə devirir. Amma bütün bu baş verənlər təkcə Ermənistan dövlətini, hakimiyyətini ifşa etmir, həm də erməniliyin beynəlxalq himayəçilərini rüsvay edir. Axı həmin beynəlxalq təşkilatlar indi hakimiyyətdən zorla qovulan Sarkisyan rejiminin bir neçə ay öncə keçirdiyi seçkiyə demokratik imic geyindirmişdilər, demişdilər ki, seçkilər normal keçib!İndi nə oldu, axı xalq həmin seçkinin nəticəsinə qarşı çıxır, onun nəticələrinin ləğvini tələb edir. Bütün bunlar Ermənistan hakimiyyəti ilə yanaşı, həmən seçkilərə müsbət rəy vermiş beynəlxalq təşkilatları da rüsvay edir. Onlar da diqqəti özlərindən yayındırmaq üçün qondarma hesabatlar uydururlar, guya Azərbaycanda demokratiyanın pozulması, Avropalı deputatlara rüşvət ötürülməsi kimi iddialar ortaya atmaqla sensassiya yaratmağa, fikirləri qarışıdırmağa, diqqəti Ermənistan olaylarından kənarlaşdırmağa çalışırlar. Məncə Avropa Şurasında hazırlanan və açıqlanan hesabatın məğzi budur. Amma onlar unudurlar ki, belə hallarla haqq-ədalətin üstünə kölgə sala, onu gizlədə bilməzlər. Necə ki, Erməistandakı rejimin əməllərin 20 il müddətində gizlətməyə çalışdılar, axırda partlayış oldu. Belə bir partlayış bir gün Avropa Şurasında, ATƏT-də də baş verəcək. Məncə, bu tarix çox da uzaqda deyil”.
sia.az