Mayın 2-də Ağstafa şəhər stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə YAP Ağstafa rayon təşkilatı və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə futbol üzrə rayon çempionatına start verildi.Çempionata 9 mayda yekun vurulacaq və qalib komandaya kubok, qiymətli hədiyyələr veriləcək.
Çempionatda 8 komanda iştirak edir. Püşkatma yolu ilə komandaların görüş qrafiki tutulmuşdur.
yap.org.az