PDF Oxu

Siyasət

  • 5 799

Baş redaktor: “Jurnalistikanın inkişafı Ulu Öndərimizin adı ilə bağlıdır"

Baş redaktor: “Jurnalistikanın inkişafı Ulu Öndərimizin adı ilə bağlıdır"

“Ümumiyyətlə tək Azərbaycan mətbuatında deyil, bütün sahələrdəki inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə deyib.Onun sözlərinə görə, müstəqil, qüdrətli, güclü Azərbaycan dövlətinin bu gün dünya birliyində mövcudluğu, varlığı Ulu Öndərin adı ilə bağlıdır: “Əgər Ümummilli Lider Heydər Əliyev Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasa idi, bugünkü müstəqil mətbuatdan, ümumiyyətlə isə heç Azərbaycandan və bugünkü jurnalistikanın inkişafından danışmaq olmazdı. Bəli, jurnalistikanın inkişafı birmənalı şəkildə Ulu Öndərimizin adı ilə bağlıdı. Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqilliyin bərpasından sonrakı illərdə jurnalistikaya xüsusi diqqət yetirib. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycan Konstitusiyasının qəbul olunması ilə söz, fikir azadlığı, insan hüquq və azadlıqlarının qorunması kimi maddələr burada öz əksini tapdı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edildi. Bu Azərbaycan mətbuat tarixinində böyük tarixi hadisə idi. Məhz bunu Heydər Əliyev reallaşdırdı və həyata keçirdi. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul edildi. Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Ulu Öndər Heydər Əliyev tərəfindən qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması böyük addımlardan biri idi.Bu gün həmin siyasət cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanda media daha da sürətlə inkişaf edir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində önəmli hadisələrdən biri idi. Dünyada analoqu olmayan jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni təmirli mənzillərlə təmin olunması yalnız cənab İlham Əliyevin qərarı ilə ölkəmizdə bunlar reallaşdırılıb”.

sia.az

Digər xəbərlər