“Reklam haqqında” qanunda göstərir ki, nəyi reklam etmək olmaz. Orada dini, irqi ayrı seçkilik, mənəviyatsızlıqla bağlı məsələlərə qadağa qoyulub. Qanunda nəyə qadağa qoyulmayıbsa, o zaman televiziyanın hüququdur ki, bunu reklam etsin”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, dünyanın hər yerində istər internet kanallarında, istər digər yerlərdə dərmanlar reklam edilir, hətta altına şərhlər də yazılır: “Lakin Azərbaycanda analoqu olmayan məsələ var. Belə ki, cənab Prezidentin tapşırığı ilə insanlar ildə iki dəfə pulsuz müayinədən keçirlər. Belə olan halda, müayinələrdən keçib, həkim reseptinə əsasən dərman alıb istifadə etmək olar. Əgər biz televizyanın dərman və ya həkimin reklamı ilə bağlı məsələlərinə qarışsaq o zaman televiziya kanallarının yaşaması məsələsi sual altına düşər. Bildiyiniz kimi özəl televiziyanın maliyyəsi reklamlar və sponsorların hesabına alınır”.
sia.az.