PDF Oxu

Siyasət

  • 4 819

Hikmət Babaoğlu: "Qanunlarla bağlı maarifləndirməyə ehtiyac var"

Hikmət Babaoğlu: "Qanunlarla bağlı maarifləndirməyə ehtiyac var"

“Qanun icitimai münasibətləri hüquqi müstəvidə tənzimləmək üçün yaradılır. Biz ilk növbədə “Reklam haqqında” qanunu qəbul edir, daha sonra isə deyirik ki, mövcüd sahədə fəaliyyətin həyata keçirlməsi üçün hansısa orqan fəaliyyət göstərməlidir. Bu düzgün yanaşma deyil”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu (Məmmədov) plenar iclasda çıxışı zamanı deyib.Onun sözlərinə görə, qanunların ruhu elə odan ibarətdir ki, boşluqları doldursun.H.Məmmədov qeyd edib ki, Milli Məclisdə qəbul olunan qanunlarla bağlı maarifləndirməyə ehtiyac var: “Milli Məclisdə çoxlu qanunlar qəbul olunur. Bu qanunlar elə sürətlə qəbul olunur ki, bəzən cəmiyyət bütün qanunların məğzini, mahiyyətini tam dərk edə bilmir”.Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə edilir, amma jurnalistlər buna diqqət yetirmir: “Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

sia.az

Digər xəbərlər