PDF Oxu

Siyasət

  • 3 349

“Rusiya İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib”

“Rusiya İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib”

“Rusiya Federasiyasının ABŞ-la münasibətləri hərbi eskalasiya istiqamətində gərginləşir. ABŞ-ın Suriyaya raket zərbələri endirmək də əsas məqsədi Rusiyaya əzələ nümayiş etdirmək idi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Suriyaya raket zərbələri zamanı Rusiya hərbçiləri və hərbi obyektləri zərər çəkmədilər: “Pentaqonun fikrincə, Suriyada Rusiya hərbçiləri raket zərbələri zamanı özlərini peşəkar apardılar. Bu hərbi əməliyyatlar zamanı Rusiyada istehsal olunan ZRK-lar mütləq effektsizliyini nümayiş etdirdi. Rusiya gəmilərinin Tartus bazasını tərk etdiyini kosmik peykdən çəkilən şəkillər sübut edir. D.Trampın bildirdiyinə görə ABŞ-la Rusiya hərbçiləri arasında Suriyada kəskin toqquşma olub. Ümumilikdə Rusiya hərbçilərinin ciddi məğlubiyyətə düçar olduğunu göstərən heç bir əlamət yoxdur. Rusiya tərəfdən müəyyən insan, hərbçi ölümü etiraf edilsə də Suriyadakı hərbi proseslər Rusiyanın arzuladığı istiqamətdədir. Suriya ordusu Fəratın hər iki sahilində kürdlərlə məskunlaşmış bir neçə şəhəri öz nəzarəti altına keçirdi. Ola bilər bu kürdlərlə razılaşdırılmış variantdır.Kürdlər ABŞ-ın Türkiyəni Mənbicə daxil etməsinin əleyhinədir. Bunun qarşısını almaq üçün kürdlərin digər şəhərlərdən də Mənbicə toplanması ehtimal olunan variantdır. Afrin əməliyyatı zamanı da bu sxem tətbiq edildi. D.Tramp ABŞ tarixində heç bir prezidentin Rusiyaya qarşı onun qədər sərt olmadığını bildirdi. D.Trampın Rusiya siyasəti paradoksdur. Bir tərəfdən ən sərt siyasət aparır, digər tərəfdən dialoqa hazır olduğunu bildirir. Suriyaya raket zərbələrindən əvvəl də D.Tramp RF-i bu zərbələri qəbul etməyə hazır olmağa çağırdı. ABŞ-ın fikrincə, Suriyadakı vəziyyətin məsuliyyəti daha çox RF-in üzərindədir.D.Trampın fikrincə, RF Suriya ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kimyəvi silahların tətbiq olunması mövzusu ilə eyni vaxtda olduğu üçün Trampın dediklərini RF-in Suriyada kimyəvi silahların ləğvi ilə bağlı öhdəliyi yerinə yetirmədiyi kimi başa düşülə bilər. Amma D.Trampın açıqlamasının digər mənası da var: V.Putin Trampla İranı Suriyadan çıxarmaqla bağlı rəsmi müqavilə imzalayıb. Bu müqavilədən sonra İranın Suriyada iştirakı daha da artıb və artmaqdadır. Ona görə müəyyən mənada D.Trampı haqlı saymaq olar. RF Suriyada İranı neytrallaşdırmağın düsturunu tapa bilməyib. Yenilik Rusiya parlamentarilərinin Suriyaya səfəridir. İran parlamentariləri bu səfərə qədər dəfələrlə Suriyada olub, B.Əsədlə görüşüblər. RF Dövlət Dumasının nümayəndə heyəti Suriyadan qayıdan kimi İran parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Ə.Brucerdinin başçılıq etdiyi nümayəndə heyəti Suriyada B.Əsədlə görüşdü. İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xİ naziri Ə.Vilayəti demək olar ki, Suriyada yaşayır.ABŞ-la Rusiya arasında diplomatik qalmaqal da tarixi maksimumdadır. BMT TŞ-də ABŞ Rusiyanın, Rusiya isə ABŞ-ın qətnamələrinin qəbuluna imkan vermədi. Sietl şəhərində RF konsulluğu bağlandı və əmlakı müsadirə olundu. ABŞ Dövlət Katibinin köməkçisi Uess Mitçel zərurət olacağı təqdirdə ölkəsinin Suriyada Rusiyaya qarşı güc tətbiq edəcəyini bildirdi”.

sia.az

Digər xəbərlər