PDF Oxu

Siyasət

  • 5 318

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

YAP Pirallahı rayon təşkilatında Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş təntənəli tədbir keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatında silsilə tədbirlər keçirilməsi uğurla davam etdirilir, Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. SİA xəbər verir ki, mayın 4-də YAP Pirallahı rayon təşkilatının rəhbərliyi ilə RİH-nin əməkdaşları, idarə və təşkilat, orta təhsil müəssisələrinin, Ağsaqqallar Şurasının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Zirə Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Natiq bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. “Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb”-deyə qeyd edən Hikmət Şikarov onu da bildirib ki, bu dahi şəxsiyyət xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.“Bu gün biz qüdrətli və müstəqil dövlətin vətəndaşları olaraq, məhz belə dahi insanın fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq"- Hikmət Şikarov vurğulayıb.Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın Ümummilli Liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün ,eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib. Sonda Hikmət Şikarov partiyaya yeni üzv olmuş bir qrup gəncə YAP üzvlük vəsiqələrini təqdim edib.

sia.az

Digər xəbərlər