YAP Samux rayon təşkilatında bu mövzuda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında qadınlar şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi” mövzusunda dəyirmi masa keçirilib.YAP Samux rayon təşkilatının qadınlar şurasının sədri Kəmalə Xəlilova tədbirdə çıxış edərək bildirib ki, Ulu Öndərin xatirəsi ona məhəbbətlə yanaşan hər kəs tərəfindən müxtəlif tədbirlər vasitəsilə anılır. “Müasir müstəqil Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyev olub-deyə qeyd edən K.Xəlilova bildirib ki, Ümummilli Lider zamana qalib gələn dahi şəxsiyyətdir: “Çünki adətən insanlar həyatını dəyişdikcə tədricən unudulurlar. Amma Ulu Öndər zamana qalib gələrək, əksinə, vaxt ötdükcə insanların yaddaşlarında daha möhkəm qalmağı bacarır. Onun adı gələndə gözümüzün qarşısında müdrik, zəngin təcrübəyə malik, dünya siyasətində seçilən şəxsiyyət canlanır. Ulu Öndər bütün dünyada tanınan şəxsiyyətlərdəndir. Azərbaycanın bugünkü inkişafının təməlində Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Ümummilli Liderin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.YAP Samux rayon təşkilatı qadınlar şurasının üzvü Mahirə Məmmədova müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, xalqımızın Ulu Öndəri Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin, təhsilin inkişafına böyük diqqət yetirirdi: “Bu gün Ulu Öndərin məqsədyönlü siyasətini Prezident İlham Əliyev layiqincə davam etdirir və müstəqil Azərbaycanın daha da güclənməsi istiqamətində mühüm işlər görür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər qazanıb”.Tədbirdə çıxış edən Atai Ağca, Abdullayeva Şəhla, Raminə Həsənova və Ülviyyə Salmanova Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalqın məhəbbətini qazanan öndər kimi qalıb. “Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir”,-deyə çıxışçılar vurğulayıblar.Tədbiri K.Xəlilova yekunlaşdıraraq iştirakçıları Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb və bildirib ki, bu vəhdət Azərbaycanın inkişaf və tərəqqisinə daha böyük töhfələr verəcək.
sia.az