PDF Oxu

Siyasət

  • 4 567

“Ümummilli Lider uğurlu addımları ilə yaddaşlarımızda qalıb"

“Ümummilli Lider uğurlu addımları ilə yaddaşlarımızda qalıb"

“Ümummilli Lider Heydər Əliyev mətbuata, jurnalistlərə olduqca təmkinli və sayğılı yanaşması ilə yaddaşlarımızda qalıb”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, Ümummilli Lider heç vaxt heç bir jurnalistlə bağlı məhkəmələrə üz tutmadı, heç bir jurnalistin cəzalandırılmasına imkan vermədi: “Əksinə, bu və ya digər səbəbdən həbsə düşmüş neçə-neçə jurnalisti əfv etdi, həbsdən buraxdırdı. Ümumiyyətlə, Heydər Əliyev xaraktercə o qədər möhkəm idi ki, jurnalistlərin tənqidlərini həvəslə qəbul edir, buna zərurət olduğunu əməlində göstərirdi. Biz həm də Ulu Öndər Heydər Əliyevi Azərbaycanda rəsmi dövlət senzurasını, mətbuatla bağlı nazirliyi ləğv etmiş şəxs kimi xatırlayırıq. O, eyni zamanda mətbuatın nəşriyyata olan borclarını dondurması, jurnalistlər üçün daha əlverişli imkanların yaradılması yönündə atdığı addımlarla yaddaşlarda qalıb.Heydər Əliyev o şəxsiyyətdir ki, Azərbaycan jurnalistləri öz sözlərini ona açıq şəkildə deyə bilirlər. Sevinirik ki, Prezident İlham Əliyev də bu ənənəyə sadiq qalaraq jurnalistlərin dostu kimi siyasətini davam etdirir”.

sia.az

Digər xəbərlər