PDF Oxu

Siyasət

  • 5 224

Mərkəz sədri: "Dağlıq Qarabağ erməniləri hələ ki, tərəddüd edir"

Mərkəz sədri: "Dağlıq Qarabağ erməniləri hələ ki, tərəddüd edir"

“Ermənistandakı mitinqlər Dağlıq Qarabağ münaqişəsinə tam laqeydlik nümayiş etdirdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Ermənistanda baş verən son proseslər Dağlıq Qarabağ prizmasından diqqət çəkir:

I. Yerevanda keçirilən mitinqlərdə Dağlıq Qarabağ məsələsi ümumiyyətlə hallanmadı.
II. Dağlıq Qarabağın bayrağı görünmədi.
III. Dağlıq Qarabağ məsələsində tənzimlənmənin son gedişi ermənilər üçün ürək açan olmadığına görə heç bir məlumat verilmədi.
IV. N.Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir. Deputat Arman Saqatelyanın söylədikləri faktdır.
V. Bako Saakyan N.Paşinyanla görüşsə də mitinq iştirakçılarına birbaşa müraciət edə bilmədi. Bunu hansı səbəbdən edə bilməməsi əhəmiyyətli deyil.
VI. Bako Saakyan vaxtını çoxunu Yerevanda keçirir.Dağlıq Qarabağa yaşamaqdan artıq qorxur
VII. Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanın dirçəlməsi, erməni xalqının öz dövlətçiliyini müdafiə etməsi mümkün deyil. Dağlıq Qarabağda baş verənlər Ermənistandakı mitinqlərin alt layı hesab oluna bilər.
Dağlıq Qarabağın daxilində kifayət qədər ciddi proseslər gedir. Ermənistan rəhbərliyinin ən böyük uğuru bəlkə də bu mitinqləri amerikayönümlü elan etməsi oldu. Məhz bu səbəbə görə Dağlıq Qarabağ erməniləri hələ ki, tərəddüd edir. Amma bir azdan Dağlıq Qarabağ erməniləri tam inanacaqlar ki, Ermənistandakı mitinqlərin motivasiyasının nə olmasından asılı olmayaraq səbəbi Ermənistan rəhbərliyinin apardığı siyasətdir.

sia.az

Digər xəbərlər