Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə YAP rəsmiləri, deputatlar, nazirlər, komitə sədrləri və digərləri iştirak edir.Tədbirdə ilk çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov qonaqları salamlayaraq bildirib ki, bir neçə gündən sonra Ulu Öndərin 95 illiyi qeyd olunacaq.Onun sözlərinə görə, hər il YAP tərəfindən keçirilən toplantı bu dəfə forma etibarı ilə fərqlidir: "Ulu Öndərin Azərbaycan tarixində müstəsna rolu haqqında danışmaq bəlkə də artıq olardı. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Bunun nəticəsidir ki, insanlarımız tərəfindən Onun xatirəsi hər an xatırlanır. Hər tərəfdə Ulu Öndərin nişanələri görünür. Biz Ümummilli lideri tək doğum günü ərəfəsində xatırlamır, O hər zaman bizim yanımızda, ürəyimizdədir".Tədbir davam edir.
sia.az