PDF Oxu

Siyasət

  • 5 227

"Heydər Əliyev fenomeni və müasir Azərbaycan dövləti"

"Heydər Əliyev fenomeni və müasir Azərbaycan dövləti"

Çilov adasında bu mövzuda tədbir və ağacəkmə kampaniyası keçirilib

Pirallahı RİH və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Ölu Öndərin anadan olmasının 95 illik yubileyi ilə bağlı Çilov adasında ağacəkmə aksiyası və "Heydər Əliyev fenomeni və müasir Azərbaycan dövləti" adlı tədbir keçirib. Aksiyada Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, YAP-ın Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva, YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahveridiyev, RİH-nin əməkdaşları, YAP Pirallahı rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada 500-dən çox şam və zeytun ağacı əkilib. Əkilən ağacların Çilov adasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.Ağacəkmə kampaniyası zamanı iştirakçılar tərəfindən qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirərək genişmiqyaslı tədbirlər həyata keçirib. "Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir"-deyə vurğulanıb.Aksiyadan sonra tədbir iştirakçıları Çilov Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib ki, bu gün Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. "Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı müasir müstəqil Azərbaycan dövləti də olmazdı"-deyə qeyd edən rayon təşkilatının sədri həmçinin bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olub: "Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycan tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və şəxsiyyətlər var. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi tarixə həkk olub. Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müasir müstəqil dövlətimizin yaradılması və inkişaf etdirilməsi olub".Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşklatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, Aydın Hüseynov, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü professor Jalə Əliyeva, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli və digər natiqlər çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, onun ölkəmizin müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi, inkişafı istiqamətində gördüyü işlərə, ümummilli liderin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin uğurlarına və perspektiv faktorlarının mühüm məqamlarına toxunublar.Çıxışların sonunda bir qrup şəxslər rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Pirallahı RİH və YAP Pirallahı rayon təşkilatının fəxri fərmanları ilə təltif olunublar.Tədbir tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam etdirilib.

sia.az.

Digər xəbərlər