Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclası davam edir. SİA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev çıxış edərək təmsil etdiyi qurumun Dağlıq Qarabağ münaqişənin həll olunmasına dair mövqeyini açıqlayıb.Bu yaxınlarda Avropa birliyinin təhlükəsizlik prinsipləri sənədi açıq şəkidə ərazilərin bütövlüyü belə münqişələr regionlarda təhlükəyə gətirib çıxarır. Belə münaqişələr Avropa birliyinin sərhədlərindən kənarda baş verir. Bu ünqaişə nəticəsində ərazilər işğal altında qalır.O bildirib ki, belə münaqişələr regionda sabitliyin və təhlükəsizliyin pozulmasına gətirib çıxarır. Belə münaqişələrin Avropa İttifaqı sərhədlərindən kənarda baş verdiyini deyən K. Xasıyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini xtırladaraq deyib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan torpaqlarının işğalı pislənib, ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olunub. BMT Baş Assambleyası da bu məsələ ilə bağlı 3 sənəd qəbul edib. Budan başqa, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM da eyni mövqedədir. Beynəlxalq ictimaiyyətin rəyinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları azad etməyib, bu torpaqlarda hərbi gücünü saxlayır, o torpaqlardan qovulmur, 100 minlərlə azərbaycanlının torpaqlarına qayıtmasının qarşısını alır. Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkün olmur”."2014-cü ildən bu günə qədər Azərbaycan-Ermənistan prezidentləri arasında 8 görüş keçirilib. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan tərəfindən din əhali atəşə tutulub, evlər, bağçalar və digər tikililər dağıdılıb. kəndlərə xeyli miqdarda ziyan dəyib. Bu döyüşlərdə sıravi vətəndaşlarımızın ölümünə səbəb olub. 2016-cı ilin aprel döyüşlərində 3 mülki vətəndaş həyatını itirib. Həmin ilin avuqst ayında isə düşmən azyaşlı uşağın həyatını itirməsinə səbəb olub",- deyə XİN nümayəndəsi qeyd edib.
sia.az