PDF Oxu

Siyasət

  • 3 784

Səməd Seyidov: "Aİ-nin susması ağır problemlərə gətirib çıxara bilər"

Səməd Seyidov: "Aİ-nin susması ağır problemlərə gətirib çıxara bilər"

“Müzakirə olunan məsələ çox ağrılıdır və burada çox saylı emosiyaların olması anlaşılandır”. SİA-nın xəbərinə görə, bunu Milli məclisin deputatı Səməd Seyidov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda müzaikrələr zamanı çıxış edərkən deyib.S. Seyidov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil, davam edən münaqişədir: “Münaqişənin çox çətin və ağrılı nəticələri var”.Ermənistanın bir neçə dəfə Dağlıq Qarabağdan olan məhsulları digər bazarlara çıxarmağa cəhd etdiyini dilə gətirən deputat deyib: “Bizə bununla bağlı dərhal məlumat göndərildi. Buna reaksiya verilməklə müəyyən nəticələr əldə edə bildik Bəziləri bu məhsulları tamamilə bazarlardan çıxardı, bəziləri isə bununla bağlı işlər görəcəyini bildirdi. Avropa İttifaqı da bu məsələyə dərhal reaksiya verməlidir”.S. Seyidov söyləyib ki, Ermənistanda çox pis tendensiyalar var: “Onlar beynəlxalq hüquq normalarına istinad edə bilmirlər. Çünki bilirlər ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə də onlar turizm, film, mədəniyyət sahəsində bizim əraziləri müstəqil kimi digərlərinə qəbul etdirməyə çalışırlar. Lakin biz sadəlövh deyilik və bilirik ki, hüquq bizim tərəfimizdədir”.“Ermənistan Azərbayan haqqında pis fikirlər formalaşdırmağa çalışır. Guya Azərbaycanda insan hüquqları pozulur və s. Dağlıq Qarabağ münaqişəsi tək region üçün deyil, bütün Avropa üçün təhlükəlidir. Bu baxımdan münaqişəyə düzgün yanaşma sərgilənməlidir. Lakin Aİ-nin münaqişə ilə bağlı cavabının olmaması daha ağır problemlərə gətirib çıxara bilər”, - deyə deputat əlavə edib

sia.az

Digər xəbərlər