“Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında yer alıb. Bu da regional əməkdaşlığın bir formasıdır”. SİA-nın xəbərinə görə, bunu Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissyiasının Qonşuluq və genişlənmə danışıqları üzrə Baş İdarənin rəhbəri Vassilis Maragos Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında çıxış edərkən deyib.Avropa İttifaqının Cənub Qaz Dəhlizini dəstəklədiyini deyən Vassilis Maragos bildirib ki, Ukrayna, Moldova və Gürcüstanla Assosiasiya sazşi çərçivəsində ticarət əlaqələrimiz genişlənir: “Ümid edirik ki, Azərbaycanla yeni saziş ticarət əlaqələrinin artmasında öz rolunu oynayacaq. Digər tərəfdən, Avropa İttifaqının Azərbaycanakı nümayəndəliyi vasitəsi ilə müxtəlif proqramlar üzrə Azərbaycana yardım edilir. İlin sonunda nəqliyyat sahəsində investisiya proqramlarının həyata keçiriləcəyini gözləyirik. Gənclərin akademik səviyyəsində mübadiləsi ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə də Azərbaycanla əməkdaşlıq ediləcək. Bu mübadilə proqramı 2020-ci ilə qədər davam edəcək”.V.Maragos Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət ixrac etmədiyini vurğulayıb: “Söhbət burada mənşə ölkələrlə bağlı si-istfiadə hallarından gedir. Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib. Bu baxımdan düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standatlardan çıxış edirik. Avropa İttifaqı Dağlıq Qaraağ ərazisindən heç bir mal və xdmət ixrac etmir ”.
sia.az