“Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətərin yalnız doğum günü var. Çünki, belə şəxslər ölmür”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.Deputatın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə Ulu Öndərin 95 illik yubileyi bir-birinə bağlıdır: “Əgər Ulu Öndər Azərbaycanı xilas etməsəydi, bu gün AXC-nin 100 illiyindən danışa bilməzdik. Ulu Öndər Heydər Əliyev milləti xilas edib, bu doğrudur. Amma biz minlərlə insan tanıyırıq ki, Ümummilli Lider həmin şəxslərin şəxsi həyatında iştirak edib”.Z.Oruc qeyd edib ki, Ümummilli Lider tarixdəki yerini qazanıb: “Ulu Öndər Heydər Əliyev öz sistemi olan adam idi. O, müqəddəs kitab kimidir. Çünki bu kitabı hər dəfə oxuduqda, yenidən dərk etməyə başlayırsan. Ümumilli Liderə xəyanət edənlər uğur qazan bilmədi. Ümummilli Liderin siyasi yolu nə vaxt qırıldısa, Azərbaycan bunda əziyyət çəkdi. Bu, Ulu Öndərin hakimiyyədən gedişi və yenidən qayıdışı dövrünə təsadüf edir”.
sia.az