“Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edib. Ulu Öndərin üstünlüyü Azərbaycana üstdən baxırdı və ölkəmizi dünya kontekstindən görürdü. O, Azərbaycanın varlığı ilə öyünürdü”. SİA-nın xəbərinə görə, bunu millət vəkili Rafael Hüseynov parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev həm də ona görə böyük şəxsiyyətdir ki, Onun qurduğu yol yarımçıq qalmadı, bu yol davam edir. Təbii ki burada bu yolu yaşadanın da rolu çox böyükdür. Belə ki, Ulu Öndər yolunu yaşatmaq ikinci hünərdir və bu yol Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır”.Daha sonra çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil, qüdrətli Azərbaycan kimi əsər yaradıb: “Ulu Öndərin xalq qarşısında xidmətləri çox böyükdür. Onları sadalamaq saatlara çatmaz. Ümummilli Lider Heydər Əliyev bir günəşdir. Günəş daim yeri aydınlatdığı kimi, Ulu Öndərin ideyaları da bir ömür boyu yaşayacaq”.
sia.az