Milli Məclisin Ulu Öndərin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclas davam edir. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sdəri Aqiyə Naxçıvanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın ideoloji əsaslarını yaradıb.Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan qurtulduğunu dilə gətirən komitə sədri söyləyib ki, həmin dövrdə Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və Azərbaycan dünyada tanınmağa başladı.“Bu gün Ulu Öndər Heydər Əliyevin siyasəti etibarlı əllərdədir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqil Azərbaycan adı yaşdıqca, Heydər Əliyev duhaları Azərbaycanı işıqlandıracaq”.İclasda çıxış edən deputat Aydın Mirzəzadə söyləyib ki, Ulu Öndər Heydər Əliyev çox böyük praktik idi: “Lakin onun fəaliyyətinə nəzər salanda Dahi şəxiyyətin eyni zamanda güclü nəzəriyyəçi olduğunu görmək mümkündür. Hər iki xüsusiyyətin bir şəxsə cəmləşməsi dünyada nadir hallardan hesab olunur”.A.Mirzəzadə söyləyib ki, Ümummilli Lider Heydər Əliyev hər kəsə Azərbaycanı sevmək yolunu öyrətdi: “Ulu Öndər Azərbaycanın gələcək inkişafa gedəcəyi yolu göstərdi. Hazırda bu yol Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirilir. Yeni Azərbaycan quruculuğunda atılan addımlar Ulu Öndər Heydər Əliyevin hər zaman qələbə çalacaq dühaya malik olduğunu göstərir”.
sia.az