PDF Oxu

Siyasət

  • 4 271

Mun Ce-in: Azərbaycan son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub

Mun Ce-in: Azərbaycan son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub

Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub.Bunu Koreya Respublikasının Prezidenti Mun Ce-in Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Ölkələrimiz arasında mövcud dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanan Mun Ce-in əməkdaşlığımızın möhkəmlənməsinin və dərinləşməsinin gələcəkdə daha geniş vüsət alacağına əminliyini bildirib.
Koreya Respublikasının Prezidenti məktubunda Azərbaycan xalqına əbədi firavanlıq arzularını ifadə edib.

yap.org.az

Digər xəbərlər